Accessibility links

İraqın hərbi sözçüsü deyir ki, kürd qüvvələri və İraq anti-terror qoşunları əhəmiyyətli su bəndinə nəzarəti İslam Dövlətinin döyüşçülərindən geri almağa müvəffəq olublar.

Hərbçilər deyib ki, qüvvələr yaraqlıları İraqın şimalının böyük hissəsini işıq və su ilə təmin edən Mosul su bəndindən geri çəkilməyə məcbur edib.

Məlumat müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Sözçülər əməliyyatın düşmənə havadan zərbələr köməyi ilə baş tutduğunu deyib, lakin təfsilata varmayıb.

ABŞ hərbisi bazar günü ərazidə infrasturkturun və ABŞ nümayəndələrinin müdafiəsi missiyasının bir hissəsi kimi Mosul su bəndi yaxınlığında İslam dövlətinin yaraqlılarına qarşı hücumlar həyata keçirib.

ABŞ Sincar dağına qaçan minlərlə Yezidini ölümdən xilas etmək məqsədi ilə ilk dəfə bu ayın əvvəli yaraqlılara qarşı hava hücumları həyata keçirib.

XS
SM
MD
LG