Accessibility links

Intiharçı üzərindəki bombanı İraqın paytaxtının mərkəzində partladaraq azı 21 nəfərin ölümünə səbəb olub.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Hadisə Bağdad şəhərinin şiələrin məskunlaşdığı iki fərqli bölgəsində baş verib. Həmin bu ərazidə son 10 ildə sünni militantlar tərəfindən dəfələrlə partlayışlar törədilib.

İlk intihar hücumu Bab Əl-Şarj ərazisində baş verib. 8 sakin və 1 polis zabiti ölüb, 50-dən çox adam yaralanıb.

Digər hücum isə Əl-Vatba meydanında baş verib. İki polis işçisi və üç sakin həlak olub. 12 nəfər yaralı qeydə alınıb.

İraqda mülkü vətəndaşların və hərbi zabitlərin ölümü 2008-ci ildə 6800 nəfərdən 2012-ci ildə 3200 nəfərə düşüb.

Lakin 2013-cü il İraq üçün zorakılıların artması ilə qeydə alınıb. Rəqəmlərdə iki dəfə artım müşahidə edilib. İslam Dövləti qrupunun bölgədə nəzarəti ələ keçirməsiylə ölüm halları keçən il 16 minə çatıb.

2015-ci ilin ilk səkkiz ayında regionda böhran davam etməkdədir. İraq təhlükəsizlik qüvvələrinin məlumatına əsasən ölüm hallarının sayında daha çox artım müşahidə olunub.

XS
SM
MD
LG