Accessibility links

İraq rəsmiləri bildirir ki, Bağdad şəhərinin şimalında sünni məscidində partlayış zamanı 15 nəfər həlak olub.

Samirə şəhərinin rəsmiləri cümə namazı vaxtı baş verən partlayış zamanı 15 nəfərə yaxın insanın yaralandığını deyib.

Sünnilərlə şiələr arasında davam edən zorakılıqlar son aylarda daha da vüsət alıb. Hücumların başqa təriqətlərə də sıçrayacağından ehtiyat edilir.

Həftənin əvvəlində Bağdad boyunca baş verən bomba partlayışları nəticəsində 31 nəfər həyatını itirib.

ABŞ hərbi qüvvələrinin 2011-ci ildə ölkəni tərk etməsindən sonra zorakılıq hallarının artdığı müşahidə edilir.
XS
SM
MD
LG