Accessibility links

İraqda silsilə bomba hücumları törədilib


İraq boyu silsilə bomba hücumları və atışmalar zəminində təxminən doqquz nəfər həyatını itirib.

Hücumlardan ikisi paytaxt Bağdad və onun yaxınlığında baş verib. Rəsmilərin sözlərinə görə, burada partlayışlar nəticəsində təxminən beş nəfər həlak olub.

Rəsmilər ölkənin şimalında, Mosul şəhərində yaraqlı hücumunun iki polis işçisi və iki əsgərin ölümünə səbəb olduğunu deyir.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bu hücum ölkədə davam edən zorakılıqlar dalğasının son epizodlarındandır.

Bu il, 2008-ci ildə aprel ayından bəri ölkədə vüsət alan zorakılıqların ən çox baş verdiyi ildir. BMT-nin hesablamalarına görə 2013-cü ildə əksəriyyəti mülki vətəndaş olmaqla 7500-dən çox insan ölüb.
XS
SM
MD
LG