Accessibility links

İraq rəsmiləri ölkə boyu zorakılıqlar nəticəsində 65 nəfərin öldürüldüyünü deyir.

Paytaxt Bağdad yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı şiə zəvvarları hədəf alıb.

Bağdad yaxınlığında, Əl-Rəşid rayonunda partlayıcı qurğu doldurulmuş iki maşın axşam saatlarında partladılaraq müqəddəs Kərbəla şəhərinə gedən 23 zəvvarı öldürüb. Hadisə zamanı 55 nəfər yaralanıb.

Bu arada Mosul şəhərində bir yaraqlı Kərbəlaya gedən 11 şiə zəvvarı güllələyib.

Tikrit şəhrində isə üç intiharçı üzərilərinə bağlanmış bombanı şəhər şura binasının girişində partladaraq iki mülki vətəndaşı öldürüb.

Bundan əlavə bir qrup intiharçı Beiji şəhərinə hücum edərək azı səkkiz polis işçisinin həyatına son qoyub. Bağdad boyu bir neçə digər partlayışlar nəticəsində isə 11 nəfərin də öldüyü deyilir.
XS
SM
MD
LG