Accessibility links

Bağdadda partlayışlar olub


İraqın təhlükəsizlik rəsmiləri deyib ki, Bağdadda beşulduzlu mehmanxanaların qarşısında avtomobilə yerləşdirilmiş iki bomba partlayışı təxminən 10 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

İlk partlayış dünən Babylon mehmanxanasının avtomobil dayanacaq yerində partladılıb. Hadisədə 15 nəfər həlak olub, 43 nəfər yaralanıb.

Bir neçə dəqiqə sonra digər bomba Meridian və Sheraton mehmanxanaları qarşısında partladılaraq 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olub.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin İraq əksər hallarda İslam Dövləti qrupu tərəfindən hücumlara məruz qalır. Ötən il İslam Dövləti qrupu İraqın geniş ərazisini ələ keçirib.

Yaraqlılar bu ayın əvvəli Bağdadın qərbində Ramadi şəhərini ələ keçirib.

XS
SM
MD
LG