Accessibility links

İraq qüvvələri neftayırma zavodlarının yerləşdiyi Baici şəhərinin yerləşdiyi əraziyə nəzarəti İslam Dövləti qrupunun geri almaq istiqamətində irəliləyişə nail olub.

Hərbi qüvvələrin rəsmiləri ordunun gecə keçirilən əməliyyat zamanı ölkənin şimalında yerləşən şəhər ətrafındaüstünlük əldə etdiyini bildirib. Rəsmi Bağdad keçən il şəhərin nəzarətini geri aldıqdan sonra ona nəzarəti yenidən itirmişdi

İslam Dövləti qrupunun döyüşçüləri İraq və Suriyada neft hasilatı və emalı obyektlərini hədəf alır. İraq hərbi qüvvələri və yarı hərbi dəstələr, kürd döyüşçülər, Suriya yaraqlıları və ABŞ-ın başçılığı ilə koalisiyanın hava hücumları ilə qarşılaşan qrup neft satışlarından əldə etdiyi maliyyədən hər iki ölkədə ərazilərin ələ keçirilməsi planlarının gerçəkləşməsində istifadə edir.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyada əsas etibarilə Kobani və İslam Dövləti qrupunun istinadgahı olan Raqqada 11 hava hücumu keçirib. İraqda keçirilən 11 hava hücumu zamanı İslam Dövləti qrupunun İraqın şimalında Baici, Sincar və maxmur şəhərləri ətrafında mövqeləri hədəf alınıb.

ABŞ prezidenti Barak Obama Almaniyada Böyük Yeddilərin sammiti çərçivəsində İslam Dövləti qrupuna qarşı səyləri İraqın Baş naziri Hayder Əl-Abadi ilə müzakirə edəcək. İslam Dövləti qrupunun Ənbər vilayətinin paytaxtı Ramadidə üstünlük qazanmasından sonra beynəlxalq koalisiya və İraq qüvvələrinin qrupun qarşısını almaq səyləri ilə bağlı hər iki ölkədə yüksək səviyyəli rəsmilərin suallarla qarşılanıb.

XS
SM
MD
LG