Accessibility links

BMT-nin baş katibi İraqdadır


BMT-nin baş katibi Pan Gi Mun İraq liderlərini ölkədə qan tökülmənin səbəblərini kökündən aradan qaldırmağa çağırıb. Cənab Pan bu çağırışı bazar ertəsi Bağdadda İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşü zamanı edib. BMT baş katibi ölkədə təhlükəsizliyin təmin edilməməsindən narahat olduğunu deyib və günahsız iraqlıların öldürülməsinin onu kədərləndirdiyini bildirib.

Son 9 ayda şiələrlə sünnilər arasında minlərlə insanın ölümünə səbəb olan zorakılıqların artdığı bir vaxt Əl-Qaidə ölkənin böyük şəhərləri Fəllucə və Ramadinin nəzarətini əlinə alıb.

BMT baş katibinin bazar ertəsi Bağdadda səfərdə olduğu vaxt ayrı-ayrılıqda dörd maşına yerləşdirilmiş bomba partlayışları azı 25 nəfərin ölümünə səbəb olub.

Daha sonra Suriya qaçqınlarının sığınacaq tapdığı düşərgəni ziyarət edən Pan Gi Mun gördüklərini acınacaqlı adlandırıb. O, insanların qorxu və qeyri-müəyyənlikdə yaşadıqlarını deyib və beynəlxalq ictimaiyyəti qaçqınlara daha artıq dəstək verməyə çağırıb. Qeyd edək ki İraqın Kürdüstan regionunda 200 min Suriya qaçqını sığınacaq tapıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG