Accessibility links

İraq paytaxtı Bağdadda və ölkənin cənubunda Bəsrə şəhərində şiələrin üstünlük təşkil etdiyi yerdə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 31 nəfər həlak olub, onlarla insan yaralanıb.

Rəsmilər bu gün bomba yerləşdirilmiş azı səkkiz avtomobilin Bağdadda, ikisinin isə Bəsrə şəhərində partladıldığını deyib. Bəsrə İraqın ən böyük şəhərlərindən biri və şiələrin üstünlük təşkil etdiyi şəhərdir.

Ötən həftə İraqda partlayışlar və digrə zorakılıqlar nəticəsində 150 nəfər həlak olub. Aylardır sünnilər baş nazir Nuri Əl-Məlikinin əleyhinə nümayişlər keçirir. Onlar Əl-Məliki hökumətini sünnilərin tələblərinə əhəmiyyət verməmək və onları həbs etmkədə günahlandırır.

İğtişaşlar 2006-2007-ci illərdə təriqət zəminində on minlərlə insanın ölümünə səbəb olan münaqişənin yenidən başlaya biləcəyi ilə bağlı qorxuların yaranmasına gətirib çıxarıb.
Zorakılıqlar əvvəlki səviyyədə olmasa da, BMT nümayəndələri İraqda aprel ayında münaqişə nəticəsində 712 nəfərin həlak olduğunu bildirib. Bu, 2008-ci ildən bəri ən çox insan tələfatının olduğu ay hesab edilir.
XS
SM
MD
LG