Accessibility links

İraqın hökumət qüvvələri İD yaraqlılarını Beycidən çıxarıb


İraq rəsmilərinin bildirdiyinə görə, hökumət qüvvələri İslam Dövləti yaraqlılarını Bağdadın şimalındakı neftayırma şəhəri olan Beycidən çıxarıb.

Qrup bu ilin əvvəlində İraqın şimal və qərb bölgələrinə hücumu zamanı Beycini də ələ keçirmişdi. Beyci İD yaraqlılarının bu ilin iyun ayında ələ keçirdikləri böyük şəhərlərdən biri olan Mosula gedən əsas avtomobil yolunda yerləşir.

Birləşmiş Ştatların müdafiə naziri Çak Heygel İD yaraqlılarına qarşı mübarizənin daha effektiv olması üçün Birləşmiş Ştatların başçılığı ilə hava və İraqın quru qüvvələrinin hücumlarının gələcəkdə intensivləşməli olduğunu deyib.

XS
SM
MD
LG