Accessibility links


İraq rəsmiləri ölkənin şimalında Kərkük şəhərində polis zabiti forması geymiş silahlı şəxslərin arasında olan maşına bomba yerləşdirmiş intiharçının polis qərargahına hücumu zamanı 15 nəfərin öldüyünü, 150-dən çox adamın yaralandığını bildirib.

Kərkük qubernatoru Nəcməddin Kərim Amerikanın səsinə bildirib ki, 40 yaralı hələ də xəstəxanadadır. Onun sözlərinə görə, üç ay əvvəl Iraq silahlı qüvvələrinin Kərkük kimi mübahisəli ərazilərə gətirilməsindən sonra intiharçı hücumların sayı artıb. Ərəblər, kürdlər və tükrmənlərin yaşadığı Kərkük şəhəri neft və torpaq hüquqları ilə əlaqədar mərkəzi İraq hökuməti və Kürdüstan muxtar regionu arasında mübahisələrin mərkəzindədir.

Bəzi məlumatlarda hücum zamanı ölənlərin sayının 30-dan çox olduğu haqda xəbər verilir. Rəsmiləri partlayış nəticəsində yaxınlıqdakı binalar və mağazalara zərər dəydiyini bildirir.

Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb. Lakin Əl-Qaidə ilə əlaqəsi olan sünni yaraqlılar şiə Baş nazir Nuri Əl-Məliki hökumətini zəiflətmək və təriqətlərarasında zorakılıqları qızışdırmaq məqsədilə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edir.

Kərkükdə bir sıra silahlı birləşmələr fəaliyyət göstərir.
XS
SM
MD
LG