Accessibility links

Iraqın Ramadi şəhərində iki hücum zamanı 9 adam həlak olub


Iraqın Ramadi şəhərində iki hücum zamanı 9 adam həlak olub
Iraqın Ramadi şəhərində iki hücum zamanı 9 adam həlak olub

İraq rəsmiləri ölkənin qərbində yerləşən Ramadi şəhərində iki intiharçı hücumu nəticəsində 9 adam həlak olub, 50 adam yaralanıb. Rəsmilərin bildirdiyinə görə, intiharçı partlayıcılarla dolu mikroavtobusu Ənbər vilayətinin inzibati idarələrinin yaxınlığında parladıb. Özünü polis işçisi kimi təqdim edən ikinci hücumçu özünü birinci hücumdan sonra yaralananlara kömək etmək istəyən insanlar arasında partladıb. Hadisə qurbanları arasında polis işçisi, qadınlar və uşaqlar var. İkinci hücumları ətrafda olan insanlar və yardım işçilərini hədəf alması İraqda əl-Qaidənin qrupunun işlətdiyi vasitədir.

XS
SM
MD
LG