Accessibility links

İraqda maşınlara yerləşdirilmiş bombaların partladılması azı 18 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olub. Hücumların şiə məscidlərinin yaxınlığında həyata keçiridiyi bildirilir.

Aralarında bir saat fərq olan partlayışların Bağdadın bir neçə məhəlləsində və şimaldakı Kərkük şəhərində baş verdiyi deyilir.

Təkcə Bağdadda bomba yerləşdirilmiş 4 maşın partladılmış və nəticədə 14 nəfər ölmüş, onlarla insan yaralanmışdır.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG