Accessibility links

İraqda polis məntəqəsinə hücum edilib


İraqın Tikrit şəhərində intiharçının benzinlə dolu maşını partlatması nəticəsində azı 9 nəfər həlak olub.

Bağdaddan 150 kilometr şimalda yerləşən qəsəbənin polis məntəqəsi yaxınlığında həyata keçirilən partlayış zamanı ölənlərin polis işçiləri olduğu, azı 17 nəfərin də yaralandığı bildirilir.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Bu bomba hücumu aprel ayının 20-də vilayət seçkiləri ərəfəsində həyata keçirilən son hücumdur.

Təhlükəsizlik səbəbindən ölkənin Ənbar və Ninəva vilayətlərində seçkilər bir neçə ay müddətinə təxirə salınıb.

Partlayış İraqda sünnilərin şiələrin çoxluq təşkil etdiyi hökumətə qarşı etiraz aksiyalarına başladığı məqama təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG