Accessibility links

İraqın üç şəhərində həyata keçirilən bomba hücumları azı 8 nəfərin ölümünə, 60-dan çoxunun yaralanmasına səbəb olub. Rəsmilərin dediyinə görə, bu gün Bağdaddan şimaldakı Tarmiyyə şəhərində hərbçilərlə yaraqlılar arasında baş verən qarşıdurma zamanı 3 əsgər ölüb.

Tuz-Xormato şəhərində iki maşına yerləşdirilmiş bomba partlayışları 3 nəfərin, Kərkükdə isə bir nəfərin ölməsinə səbəb olub.

Hücumların həyata keçirildiyi hər iki şəhər uzun illərdir muxtariyyət uğrunda mübarizə aparan kürdlərin çoxluq təşkil etdiyi şəhərlərdir.

Bazar ertəsi də ölkənin şiələrin yaşadığı bölgələrdə həyata keçirilən intiharçı hücumları zamanı azı 76 nəfər ölüb.

I
XS
SM
MD
LG