Accessibility links

İraqda şiələrin yaşadıqları ərazilərə hücumlar artıb [Fotoqalereya]


Bu gün İraq boyu həyata keçirilən bomba hücumları azı 55 nəfərin ölümünə, 200-dən çoxunun yaralanmasına səbəb olub. Maşına yerləşdirilmiş bombaların çoxu əsasən Bağdadın şiələrin yaşadığı bölgələrində, biri isə ölkənin cənubundakı Bəsrə şəhərində partladılıb. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

İraqın Əl-Qaidə ilə əlaqədə olan qrupu ölkənin şiə hökumətini sarsıtmaq məqsədilə avtomobillərə yerləşdirilmiş bomba hücumları həyata keçirir.

Sünnilər tələblərinə məhəl qoyulmadığını və siyasi arenadan kənarlaşdırıldıqlarını deyərək, hökumətə qarşı etirazlarını davam etdirir.

Hesablamalara görə son bir neçə ayda İraqda artan zorakılıqlar yüzlərlə insanın həyatına son qoyub. Təkcə iyul ayında 800-dən çox insanın zorakılıqların qurbanı olub.
XS
SM
MD
LG