Accessibility links

Bazar ertəsi Bağdad yaxınlığında həyata keçirilən iki bomba hücumu azı 22 nəfərin ölümünə səbəb olub. Paytaxtın şimalındakı Bəlad şəhərinin çox sayda adam olan kafesində intiharçının bomba hücumu nəticəsində 16 nəfər ölüb. Digər bomba isə Bağdada yaxınlığındakı Moqdadiya şəhərinin idman meydançasında partladılıb və nəticədə azı 6 nəfər ölüb.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmasa da, Əl-Qaidə ilə əlaqəsi olan bir qrup bu hücumların keçən həftə, Ramazan bayramı zamanı həyata keçirilən silsilə partlayışların davamı olduğunu deyib. Keçən həftə həyata keçirilən bomba partlayışları 70 nəfərin ölümünə səbəb oldu.
XS
SM
MD
LG