Accessibility links

İraqdakı hücum nəticəsində yaralananların 4-ü dünyasını dəyişib



Dünən İraqda həyata keçirilən hücum nəticəsində yarananlardan daha 4 nəfəri dünyasını dəyişib. Hücum zamanı 6 adam hadisə yerində həlak olmuş, 14 nəfər yaralanmışdı.

Hadisə Bağdadın şimalında yerləşən Hürriyə məhəlləsindəki avtobus stansiyasında həyata keçirilib. Bu məhəllə şiələrin məskunlaşdığı bölgədir.

Digər bir hücum Diyala universitetinin rektorunu müşayiət edən maşın karvanına qarşı olub.

Hücum zamanı onun iki cangüdəni öldürülüb.

Hücumların məsuliyyətini üzərinə alan yoxdur.
XS
SM
MD
LG