Accessibility links

İraqda hücumlar nəticəsində 31 adam həlak olub


İraqda bomba və digər hücumlar nəticəsində 31 adam həlak olub. Hadisələr 200-dən çox insanın xəsarət almasına səbəb olub.

Hücumlar paytaxt Bağdad, Kərkük, Tuz Xurmato, Səmarra və Nasariyyə şəhərlərində həyata keçirilib.

Vilayət seçkilərindən öncəyə təsadüf edən hücumların məsuliyyətini üzərinə alan olmayıb.

Seçkilər bir neçə ay əvvəl Ənbar və Nineva vilayətlərində təhlükəsizlik hədələrinə görə təxirə salınmışdı.
XS
SM
MD
LG