Accessibility links

İraq rəsmiləri Bağdadda və paytaxtdan şimalda əsas etibarilə şiələrin yaşadığı ərazidə keçirilmiş bomba hücumları zamanı dörd nəfərin öldüyünü, 11 nəfərin isə yaralandığını bildirib.

Rəsmilərin sözlərinə görə, intiharçı Kərbəlada şiələrin iki müqəddəs məbədi olan İmam Hüseyn və İmam Abbas məbədləri arasından keçən zaman üzərindəki partlayıcıları işə salıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin sünni yaraqlılar ölkədə əksəriyyətdə olan şiələrə qarşı hücumlar həyata keçirirərək, təriqət zəminində gərginlikləri artırmağa və şiələrin başçılıq etdiyi hökuməti nüfuzdan salmağa çalışır.
XS
SM
MD
LG