Accessibility links

İraqda bomba partlayışlarında 21 nəfər həyatını itirib


İraqın Tikrit və Səmarra şəhərlərində intiharçı bomba partlayışları nəticəsində 21 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Tikritdə intiharçı partlayıcılarla dolu təcili yardım maşınını şəhərin girəcyində yoxlama məntəqisinə yaxınlaşan zaman partladıb. Səmarradakı hücum zamanı isə şiə zəvvarları gözləyən maşın partladılıb.

Bu hücumlar sərt xətt tərəfdarı sünni islamçıların həyata keçirdiyi təxribat xarakterli hücumların bir hissəsidir. Son günlər islamçı ekstremistlər İraqın şimalında kürdlərin nəzarətində olan Kərkük şəhəri, paytaxt Bağdad və üç həftədir azad olunması uğrunda döyüşlərin getdiyi Mosul şəhəri ətrafında hücumlar təşkil edib.

İraq təhlükəsizlik qüvvələri Səmarra şəhərində bomba partlayışının baş verdiyi yerdə təhqiqat aparır
İraq təhlükəsizlik qüvvələri Səmarra şəhərində bomba partlayışının baş verdiyi yerdə təhqiqat aparır

İslam Dövləti qrupunun Amaq xəbər agentliyi hücumların qrupun döyüşçüləri tərəfindən həyata keçirildiyini bildirib.

Polisin və tibb işçilərilərinin bildirdiyinə görə, Tikrit şəhərində intiharçının partlayıcılarla dolu təcili yardım maşınını səhər saatlarında partlatması nəticəsində 13 nəfər həyatını itirib.

Başqa hücumçu isə İraqın Səmarra şəhərində müqəddəs ziyarətgahlardan biri sayılan Əl-Əskəri məscidini ziyarət edən şiə zəvvarları gözləyən avtomobili partladıb. Yerli rəsmilərin bildirdiyinə görə, partlayış nəticəsində iki iranlı zəvvar da daxil olmaqla səkkiz nəfər həyatını itirib.

Hərbçilər və polis qüvvələrindən ibarət olan əməliyyat qrupunun komandanlığı Səmarra şəhərində intiharçı tərəfindən istifadə edilən avtomobilin də təcili yardım maşını olduğunu bildirib.

Rəsmilər mümkün növbəti hücumlardan ehtiyat edərək hər iki şəhərdə qadağan saatı tətbiq edib.

XS
SM
MD
LG