Accessibility links

İraqda terror hücumları azı 20 nəfərin ölümünə səbəb olub


İŞİD təhlükəsi altında olan İraq paytaxtı Bağdad və onun ətrafında çərşənbə axşamı bir sıra bomba hücumları ən azı 20 nəfərin ölümülə nəticələnib.

Ən güclü partlayış şəhərin çox sayda mağaza və restoranların yerləşdiyi Fələstin küçəsində avtomobildə bomba partlayan zaman baş verib.

Başqa hücumlar zamanı ordunun yoxlama məntəqəsi və bazar hədəf alınıb.

Bomba hücümlarına görə məsuliyyəti heç kim üzərinə almayıb. Lakin Bağdadda bənzər hücumların arxasında İslam Dövləti qrupu (İŞİD) olub.

İŞİD tərəfindən mühasirədə olan Ənbər vilayətinin yalnız bəzi hissələri hazırda İraq dövlətinin nəzarətindədir.

XS
SM
MD
LG