Accessibility links

Hücumlarda azı 27 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

İraqda keçiriləcək ilk vilayət şurasına seçkilər ərəfəsində törədilən hücum zamanı səkkiz adam həyatını itirib.

Cümə namazı vaxti Xalis kəndi yaxınlığındakı sünni məscidinə atılan minamyot mərmisi yeddi nəfəri oldürüb və onlarla insanı yaralayıb. Kərkükdəki şiə məscidində bombanın partlaması nəticəsində bir nəfər həyatını itirib.

Hadisə cümə axşamı Bağdad kafelərindən birində intiharcı öz üzərindəki bombanı partladaraq 27 adamın ölümünə səbəb olub.

İraq rəsmiləri şənbə günü vilayət şurası seçkisi keçirmək üçün planı qəbul ediblər. Plana əsasən səsvermənin İraqın 18 vilayətindən 12-də keçirilməsi nəzərdə tutulur. 8000-dən çox namizəd şurada 400 yer uğrunda mübarizə aparır.
XS
SM
MD
LG