Accessibility links

İraqda maşına yerləşdirilmiş bomba partlayışları nəticəsində 30 adam həlak olub, onlarla insan yaralanıb.

Hücumlar Bağdadın cənub bölgəsində məskunlaşan şiələri hədəf alıb.

Polisin bildirdiyinıə görə, Kut vilayətindəki hücum 5 adamın ölümünə səbəb olub.

Bəsrə şəhərində 2 partlayış nəticəsində 5 adam ölüb. Hücumlar Nəsiriyə, Mahmudiyə, Hillah və Nəcal şəhərlərində də həyata keçirilib.

Mosul şəhərindəki atışma zamanı 4 polis işçisi öldürülüb. Hücumların məsuliyyətini üzərinə alan olmayıb.
XS
SM
MD
LG