Accessibility links

İraqda bomba hücumu baş verib


Iraqda baş vermiş hücum zamanı 20 insan həyatını itirib.

Polisin məlumatına görə, intiharçı İraqın şimal-şərqində yerləşən Muqdadiyə qəsəbəsində şiə əqidəli birinin dəfn mərasimində üzərindəki bombanı partladaraq 10 nəfərin ölümünə səbəb olub.

İraqın şimalında yerləşən Ducail qəsəbəsində başqa bir partlayış baş verib. Maşına yerləşdirilmiş bomba ilə şiələrin dini mərkəzinə hücum olub.

Birləşmiş Millətlər Təşkilatı aprel ayından bugünə qədər İraqda 2500 insanın hücumlar nəticəsində həyatını itirdiyini bildirir.
XS
SM
MD
LG