Accessibility links

İraq rəsmiləri bildirib ki, ölkənin cənubundakı Amara şəhərində iki bomba partlayışı nəticəsində dörd mülki vətəndaş ölüb, 42 nəfər yaralanıb.

İki ardıcıl partlayış Bağdadın 300 kilometrliyində yerləşən şəhərin ticarət mərkəzində 10 dəqiqəlik fasilə ilə baş verib.

Başqa bir partlayış İskəndəriyyə şəhərində həyata keçirilib. İki avtomobilə yerləşdirilmiş bombaların dayanacaqda partladılması nəticəsində üç nəfər ölüb, 18 nəfər yaralanıb.

Üçüncü partlayış Nasiriyah şəhərində baş verib. Hadisə zamanı üç adam ölüb, 21 nəfər yaralanıb.

İraqda avtomobilə yerləşdirilmiş bombaların partladılması bu il başlayandan bəri demək olar ki, hər gün müşahidə edilir.
XS
SM
MD
LG