Accessibility links

Iraqın şimal şərqində avtomobilə yüklənmiş bomba partlayışı nəticəsində 27 insan həyatını itirib, 40 nəfər yaralanıb.

Partlayış Bağdadan 140 kilometr uzaqlıqda Səadiyah qəsəbəsindəki ərzaq dükanında baş verib.

Bir gün əvvəl Bağdadda bir neçə bomba hücumu nəticəsində 35 insan ölüb.
Hücumlardan biri çərşəmbə günü axşam Bağdadın qonşuluğundakı Bəyaa şəhərində baş verib.

Sakinlərin dediyinə görə, kafedə yerləşdirilmiş bomba partlayaraq beş nəfərin ölümünə və 16-nın yaralanmasına səbəb olub.

Bu il İraqda ölüm halları ən yüksək səviyyəyə çatıb. BMT-nin məlumatına görə, aprel ayından bəri artan hücumlar nəticəsində 2013-cü ildə çoxu mülkü vətandaş olmaqla 5500-dən çox insan öldürülüb.
XS
SM
MD
LG