Accessibility links

İraqda bomba hücumu nəticəsində 29 insan ölüb


Bağdad şəhəri yaxınlığında dükanların sıx yerləşdiyi küçədə üç avtomobilə yerləşdirilmiş bombaların partlaması nəticəsində doqquz insanın həyatını itirdiyi bildirilir.

Bundan bir gün öncə Hillah şəhərində partlayış nəticəsində 21 nəfər yaralanıb. Partlayış həmçinin restarant ətrafında avtomobillərə də ziyan vurub.

İraqda həyata keçirilən son hücumlar nəticəsində 29 insanın həyatını itirdiyi bildirilir.

Son zamanlar çoxsaylı hücumların baş verməsi ölkəni 2006-2007-ci illərdə vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuş təriqət zəminində zorakılıqların yenidən vusət ala biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub .

Zorakılıqlar hökümətin aprel ayında sünni etirazçılara qarşı təqiblərindən sonra artmağa başlayıb.
XS
SM
MD
LG