Accessibility links

İraq ordusu Mosul uğrunda döyüşləri bərpa edib [Video]


İraq ordusu Mosul uğrunda döyüşləri bərpa edib
please wait

No media source currently available

0:00 0:01:53 0:00

İraq ordusu Birləşmiş Ştatların dəstəyi ilə İslam Dövlətinin nəzarətindəki əraziləri geri almaq üçün yenidən Mosul şəhərinin mərkəzinə doğru irəliləməyə başlayıb. Hava şəraitinin pis olması səbəbindən son günlər döyüşlər dayandırılmışdı.

Rəsmilər Mosulun qərbindəki bir neçə kəndin azad edildiyini deyib. İraq ordusu bu ilin əvvəlində Mosulun şərq hissəsini ələ keçirib. Lakin son döyüşlər yeni qaçqın böhranına səbəb olub.

İraq rəsmilərinin dediyinə görə, keçən bazar günü İraq ordusu Birləşmiş Ştatların dəstəyi ilə Mosulun mərkəzinə, hələ də İslam Dövlətinin nəzarətində olan Dəclə çayının sahilindəki köhnə hissəsinə doğru hücumları bərpa edib. “Biz qalib gəlirik. Bu gördüyünüz avtomobillər və cəsədlər İslam Dövlətinə məxsusdur. Düşmən çökür” deyə, ordusunun mayoru Ömər Əl-Şimmari bildirir.

Lakin İŞİD İraqdakı istehkamına edilən sarsıdıcı hücumların qarşısını almaq üçün əlidən gələni edir. Səlahüddin alayının komandiri Hazim Kərim: “Düşmən bizim qarşımızı yollara bomba yerləşdirməklə, evlərdə tələlər qurmaqla, minomyotlar və qumbaralardan istifadə etməklə almaq istəyir, lakin biz irəliləməkdə davam edirik.”

Bu ərazilərdə döyüşlər başlayandan bəri minlərlə mülki vətəndaş qaçmalı olub. Fevralın sonunda Mosulun cənubunda qurulan yeni düşərgə tez bir zamanda qaçqınlarla dolub.

Miqrasiya və Köçkünlər Nazirliyindən Yasim Cabbar: “Üç min çadır artıq dolub. Miqrasiya və Köçkünlər Nazirliyi düşərgəni ədyal, döşək, ərzaq, gigiyena və təcili yardım ləvazimatı ilə təmin edir. Nazirlik məcburi köçkünlərə pulsuz yanacaq və qaz balonları da verir.”

Lakin qaçqınların sayı artdıqca hər kəsə yardım etmək də çətinləşır. Qaçqın Əhməd Əttiya: “Ərzaq qıtdır. Səhər yeməyi heç verilmir. Çörək də çox azdır. İnsanlar bir tikə çörək almaq üçün əlbəyaxa olur. Su və elektrik də yoxdur.”

Beynəlxalq Qırmizi Xaç Təşkilatının rəsmiləri kimyəvi silahdan istifadə edildiyindən gözləri qırmızı, bədənlərində səpgi və qaytarma halları olan bəzi qaçqınlara müalicə lazım olduğunu deyir. “Mart ayının 1-dən bizim tibbi heyət kimyəvi silahın təsirinə məruz qalan 15 xəstəni müalicə edib. Bu 15 nəfər içərisində 4 qadın və 5 uşaq da var” deyə, təşkilatın nümayəndəsi Sara Əl-Zəvqari bildirir.

Kimyəvi silahdan istifadə müharibə cinayətidir. İslam Dövləti Suriyada kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. Təsdiq olunarsa, bu, İraqda kimyəvi silahdan istifadə ediməsi ilə bağlı ilk məlumatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG