Accessibility links

Dünən İraqın Diyala vilayətində baş verən intiharçı hücumu nəticəsində ölənlərin sayı 100-ü keçib. Ölkə rəsmiləri deyir ki, bu, İslam Dövlətinin İraqın böyük bir hissəsinə nəzarəti ələ keçirməsindən bəri təşkil etdiyi ən ağır hücumlardan biridir.

Tibb işçilərinin sözlərinə görə, dünən əsasən şiələrin yaşadığı Xan Bani Səad şəhərinin bazarında baş vermiş partlayış ən azı 115 nəfərin həyatına son qoyub, 70 nəfər isə yaralanıb.

Partlayış insanlar müqəddəs Ramazan ayının başa çatmasını qeyd etmək üçün bazara toplaşdığı zaman baş verib.

Partlayış nəticəsində bir neçə bina dağılıb və hadisə zaman parça-parça olmuş bəzi insanları bədən üzvləri küçələrə yayılıb.

Rəsmilər dağıntılar altından hələ də insanların axtarışını davam etdirir.

İraq parlamentinin spikeri Səlim Əl-Caburi deyib ki, bu hücum "çirkin dini zəmində" həyata keçirilib və hökumət İŞİD-in Diyala vilayətində sabitliyi pozmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırıb.

XS
SM
MD
LG