Accessibility links

İraqda İslam Dövləti qruplaşmasının (İŞİD) 36 üzvü edam edilib. Onlar səhər tezdən Nasiriye həbsxanasında edam olunub.

Edam olunanlar 2014-cü ildə Tikrıt yaxınlığındakı Speicher düşərgəsində 1700 adamın ölümündə ittiham edilib.

2014-cü ildə İŞİD sözügedən düşərgəni ələ keçirəndən sonra 1700 nəfərin ölümü ilə nəticələnən qətliam törətmişdi. Sonradan həmin qətliamın video görüntülərini və şəkillərini yaymışdı.

Hadisədən bir il sonra İraq ordusu düşərgəni geri aldıqda kütləvi məzarlar tapılmışdı.

İraqın baş naziri Heydər əl Abadi keçən ay Bağdadda 300-dən çox adamın ölümünə səbəb olan terror aktından sonra terrora görə ittiham olunanların edamlarının sürətləndirilməsinin vacibliyini vurğulamışdı.

XS
SM
MD
LG