Accessibility links

İraqda parlament seçkilərində keçmiş baş nazir Ayad Ələvinin dünyəviçi koalisiyası qələbə əldə edib


İraqın sabiq baş naziri Ayad Ələvi bu gün rəqib partiyalara əl uzadaraq bildirib ki, o, koalisiya hökumətinin tez zamanda təşkil ediləcəyinə ümid bəsləyir

İraqın sabiq baş naziri Ayad Ələvi bu gün rəqib partiyalara müraciət edərək bildirib ki, o, koalisiya hökumətinin tez zamanda təşkil ediləcəyinə ümid bəsləyir.

Cənab Ələvi bu gün Bağdadda müxbirlərə deyib ki, o bütün siyasi fraksiyalarla işləməyə hazırdır və yeni hökumətin qonşu ölkələrlə mümküm qədər tez bir zamanda əlaqələri gücləndirməsini istəyir.Ayad Ələvi həmçinin deyib ki, regionun sabitliyi məsələsi İraqın sabitliyi ilə bağlıdır.

İraqın seçki komissiyası dünən bildirib ki,cənab Ələvinin başçılıq etdiyi dünyəviçi İraqiyyə koalisiyası martın 7-də keçirilən parlament seçkilərində parlamentdə yerlərin çoxunu əldə edib.

İkinci yeri Baş nazir Nuri Əl-Məlikinin başçılıq etdiyi şiələrin Qanuni Dövlət koalisiyası tutub. Cənab əl-Məliki seçkilərin nəticələrini rədd edib.

Səslərin çoxunu alan cənab Ələvi 30 gün ərzində koalisiya hökumətini təşkil etməlidir. Əgər o bunu edə bilməsə, prezident Cəlal Talabani hökumətin formalaşdırılmasını başqa siyasi blokun liderinə tapşırmalıdır.

Seçkilərin nəticələrinə görə cənab Ələvinin başçılıq etdiyi dünyəviçi İraqiyyə bloku parlamentdə 325 yerdən 91-ni, cənab əl-Məlikinin bloku isə 89 yeri tutub. Əksəriyyəti şiə olan Milli Allians bloku 70 yer əldə edərək üçüncü yerdədir. Kürd koalisiyası isə 43 nümayəndə ilə 4-cü yeri qazanıb.

BMT-nin İraq üzrə xüsusi elçisi Ad Melkert seçkilərin baş tutduğunu deyi

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG