Accessibility links

Bağdadın şimal bölgəsində 18 cəsəd aşkar edilib


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın şimalındakı Mishanda və Tarmiyə kəndlərinin tarlalarında 18 nəfərin cəsədi aşkar edilib. Məlumatda deyilir ki, cəsədləri aşkar edilən insanlar girov götürüləndən bir neçə saat sonra güllənmişlər.

Əyinlərində hərbi zabit paltarı olan silahlı şəxslər cümə axşamı gecə yarısı və bu gün səhər qətlə yetirdikləri kişiləri evlərindən aparmışlar.

Cinayətin arxasında kimlərin dayandığı məlum olmasa da, bu bölgədə yaraqlıların özlərini təhlükəsizlik qüvvələri kimi qələmə verərək, bu kimi hücumlar həyata keçirdikləri deyilir.

Qətlə yetirilənlər arasında polis işçisi, ordu rəsmisi və bir qəbilə başçısının da olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG