Accessibility links

Iraq üç təbii qaz yatağı ilə bağlı tender elan edib


Iraq üç təbii qaz yatağı ilə bağlı tender elan edib
Iraq üç təbii qaz yatağı ilə bağlı tender elan edib

İraq indiyə kimi 10 qaz yatağının istismarı ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb.

İraq ölkənin üç təbii qaz yatağı ilə bağlı tender elan edərək, beynəlxalq enerji şirkətlərini öz təkliflərini verməyə çağırıb.

Neft naziri Hüseyn əl-Şəhristani müxbirlərə tenderin nəticələrinin sentyabrın 1-də elan ediləcəyini deyib.

Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, bu üç təbii qaz yatağı ölkənin qərbində yerləşən Akkas, şərqdə Mənsuriyə və cənubda Siba yataqlarıdır.

İraq indiyə kimi 10 qaz yatağının istismarı ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb.

XS
SM
MD
LG