Accessibility links

İraq hərbi qüvvələri jihadçılara qarşı əməliyyat keçirib


Security forces inspect the site of a suicide attack in the town of Suwayrah, 25 miles (40 kilometers) south of Baghdad, Iraq, April 21, 2014.

Security forces inspect the site of a suicide attack in the town of Suwayrah, 25 miles (40 kilometers) south of Baghdad, Iraq, April 21, 2014.

İraq ordusunun vertolyotları ölkəyə şərqdə Suriyadan qeyri-qanuni yanacaqla dolu tankerləri keçirməyə cəhd edən qrupun azı səkkiz üzvünü qətlə yetirib.

Əməliyyatın İraqın Ənbər vilayəti yaxınlığında baş verdiyi haqda məlumat verilir.

İraqın daxili işlər nazirliyinin sözçüsü tankerlərin Əl-Qaidə ilə əlaqəsi olan İraq və Levent islam dövləti qrupuna yanacaq çatdırmalı olduğunu deyib.

Dekabr ayında Ənbər vilayətinin bir hissəsinin nəzarətini ələ keçirən jihadçı qrup və İraq təhlükəsizlik qüvvələri arasında dəfələrlə toqquşma baş verib.

Qrup həmçinin Bağdadd bomba hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

Keçən həftənin cümə günü şiələrin siyasi nümayişi zamanı 30-dan çox adam qətlə yetirilib. Iraqda çərşənbə günü parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG