Accessibility links

İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcəyini bəyan edib


İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcəyini bəyan edib. İranın mədəniyyət naziri Əli Cənnəti bunu Səudiyyə Ərəbistanı ilə razılıq əldə edə bilməməklə izah edib.

Nazir deyib ki, bu qərara Səudiyyə Ərəbistanı rəsmilərinin o ölkəyə səfər edən İran nümayəndə heyətini ilə pis davranışı səbəb olub.

İran Həcc Təşkilatı deyib ki, Səudiyyə Ərəbistanı iranlıların həccə getmək hüquqlarını pozur.

Səudiyyə rəsmiləri İranın mayın 27-dəki danışıqları heç bir razılaşma əldə etmədən tərk etidiyini deyib. Onlar əlavə edib ki, yaranan problemin həlli üçün bir neçə variant təklif olunub. Diplomatların sözlərinə görə, iranlılara elektron viza verilməsi təklifi səsləndirilib.

Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr yanvar ayında dayandırılıb. Buna səbəb Səudiyyədə şiə liderinin edamı olub.

İran təhlükəsizlik məsələlərini əsas gətirərək bu il Səudiyyə Ərəbistanına zəvvar göndərməyəcəyini bildirmişdi.

Ötən il Məkkədə yaranan basabasda 2 mindən çox zəvvar həlak olub, onlardan azı 460-ı iranlı idi.

XS
SM
MD
LG