Accessibility links

İraqın Hilla şəhərində intiharçı hücumu nəticəsində 47 adam ölüb, onlarla insan yaralanıb.
Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürüb.

Polisin bildirdiyinə görə, partlayıcı maddələrlə dolu maşın yoxlanış məntəqəsinə sürülüb. Hücum zamanı orada çoxsaylı maşın və insan olub.

Ölənlər arasında təhlükəsizlik işçiləri və mülki vətəndaşlar var. 40 nəfərdən artıq adam xəsarət alıb.
İraqda ilin başlanğıcından bəri 2 mindən artıq milk vətəndaş zorakılıqların qurbanı olub.

XS
SM
MD
LG