Accessibility links

İraqın paytaxtında silsilə hücumlar 23 adamın ölümünə yol açıb. Kazimiyə rayonunda 7 nəfər öldürülüb, onlarla insan yaralanıb.

Bağdadın şimal bölgəsində yerləşən Baqubada 14 adam iki bomba partlayşının qurbanı olub. Hücumların məsuliyyətini üzərinə alan yoxdur.

İraqın baş naziri Nuri Əl-Maliki terrorizmlə mübarizənin gücləndiriləcəyinə and içib. O deyib ki, artıq 800 şübhəli nəzarət altına alınıb.

İraq sünni və şiə təriqətlərinin qarşıdurmalarına səhnə olub. Təriqətlərarası iştişaşlar səbəbi ilə 3 min insan həlak olub.
XS
SM
MD
LG