Accessibility links

Human Rights Watch : Iraqda 255 məhbus qanunsuz şəkildə edam edilib


Human Rights Watch-un bildirdiyinə görə, İraqın təhlükəszilik qüvvələri və onlarla bərabər döyüşən dəstələr tərəfindən 255 məhbus qanunsuz şəkildə edam edilib. İnsan hüquqları təşkilatı edamlara iyun ayının 9-dan bəri İraqın 6 şəhəri və kəndində yol verildiyini bildirir. Qurum bu halı beynəlxalq qanunlara zidd adlandırır.

Təşkilat qurbanların İŞİD-ə üz tutan sünni məhbular olduğunu bildirib. Öldürülənlərin 8-i 18 yaşından aşağı yeniyetmələrdir.

Human Rights Watch məlumatı şahidlər, təhlükəsizlik qüvvələri və hökumət rəsmilərinin açıqlamalarına əsasən yayıb.

İraqda isə zorakılıqlar davam etməkdədir. Ramadi şəhərinə hökumət qüvvələrinə dəstək məqsədi ilə 4000 könüllü döyüşçü göndərilib.

Dünən kürdlərin nəzarəti altında olan Kərkükdə bomba partlayıçı 30 insanın həyatına son qoyub.

Kürdlərin Milli Qvardiyası İraqın Kərkük şəhəri yaxınlığında iki neft obyektini ələ keçirib.

Neft Nazirliyi Kərkük və Bai Həsən obyektlərinin tutulmasını qınayaraq, kürd qüvvələrinə təcili şəkildə həmin yerləri tərk etməyə göstəriş verib.

Obyektlər kürdlərin Kərkük şəhəri və şimalda digər ərazilərin nəzarətini ələ almasından bir ay sonra ələ keçirilib.

XS
SM
MD
LG