Accessibility links

İraqın şimal bölgəsində nəzarəti əlinə alan islamçı sünni yaraqlılar bu gün ölkənin əsas neft emalı zavoduna hücum edib. Bağdadla Mosul arasındakı Baicidə yerləşən neft emalı zavoduna hücum zamanı yaraqlılarla təhlükəsizlik qüvvələri arasında atışma olub.

Keçən həftə islamçı yaraqlıların Mosul şəhərinin nəzarətini ələ almasından sonra Hindistanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki, şəhərdə tikinti sahəsində işləyən 40 nəfər hindistanlı yaraqlılar tərəfindən girov götürülüb. Nazirliyin sözçüsü girov götürülənlər üçün pul tələb edilmədiyini və girovların yerinin məlum olmadığını bildirib. Sözçü eləcə də yaraqlıların nəzarətində olan Tikrit şəhərində 46 nəfər hindistanlı tibb bacısının olduğunu deyib.

İraqın baş naziri Nuri Əl-Maliki televiziya ilə etdiyi çıxışında təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini və terrorçulara cavab zərbələri endirəcəklərini deyib.

Bu gün İran prezidenti Həsən Ruhani də şiə dövlətlərinin əksəriyyətinin İraqın müqəddəs şəhərlərini qorumaq üçün əllərindən gələni edəcəklərinə söz verib və sünni yaraqlıları terrorçu adlandırıb.
XS
SM
MD
LG