Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava qüvvələri İraqın İslam Dövlətinin nəzarətində olan Tikrit şəhərini İraq hökumətinin tələbi ilə hava hücumu həyata keçirib.

Koalisiyanın generalı Ceyms Terri bildirib ki, hava hücumunun məqsədi İraq hökumətinə ölkəni militantlardan təmizləməyə kömək etmək olub.

İraq Tikrit şəhərini bir aydır militantlardan təmizləməyə çalışır.

Televiziya ilə çıxışında İraqın baş naziri beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə Tikritın nəzarətinin bərpa olunacağını deyib.

Baş nazir həmçinin, sünni qəbilələr və koalisiya qüvvələrindən ibarət Xalq Səfərbərlik Qüvvələri adlanan qrupa öz təşəkkürünü bildirib.

İran şiə milis qüvvələrini təlim və silahla təmin edərək, İraq ordusu ilə yanaşı Tikritdə İslam Dövləti qrupuna qarşı döyüşür.

Lakin ABŞ rəsmiləri Birləşmiş Ştatların iranlılarla heç bir hərbi əməkdaşlıq etmədiyini bildirib.

XS
SM
MD
LG