Accessibility links

Yayılan xəbərlərə görə, İraqın İrbil şəhərindəki ABŞ konsulluğu qarşısında avtomobilə yerləşdirilmiş bomba partladılıb.

İraqın Kürdüstan regionunun paytaxtı olan İrbil əsasən zorakılıqlara səhnə olmasa da, bu gün orada bomba partlayışı ilə yanaşı atəş səsləri də eşidilib.

Tələfat barədə rəsmi məlumat olmasa da, Twitter-də mümkün yaralıların olmasına dair xəbərlər dolaşmaqdadır Associated Press xəbər agentliyi adını açıqlamayan ABŞ rəsmisinə istinadən bildirib ki, partlayış zamanı konsulluğun heç bir əməkdaşı zərər görməyib.

ABC News-un baş redaktoru isə Twitter-də yazıb ki, maşın ABŞ Konsulluğuna daxil olmağa çalışıb və intiharçı maşının içərisindəki bombanı partlatmamışdan əvvəl mühafizəçilər ona atəş açıb.

XS
SM
MD
LG