Accessibility links

Bu gün İraqın şimalındakı Kürdüstan regionunda intiharçı hücumu azı 4 nəfərin ölümünə səbəb olub. İntiharçının bomba yerləşdirilmiş avtomobili İrbil şəhərində hökumət binalarının yerləşdiyi ərazidə partlatdığı deyilir. Hücuma görə məsuliyyətini öz üzərinə götürən olmayıb.

İraq ordusu və kürdlərin Peşmərqə döyüşçüləri bu ilin əvvəlindən bəri İraqın şimal və şərq bölgələrində böyük ərazisini nəzarəti altına alan İslam Dövləti qrupunun sünni yaraqlılarına qarşı döyüşür.

Bomba hücumları əsasən paytaxt Bağdadda həyata keçirilir. Lakin Kürdüstan regionunda ara-sıra bomba hücumlarının baş verdiyi müşahidə edilir.

XS
SM
MD
LG