Accessibility links

İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadın şiə məhəlləsində yük maşınına yerləşdirilmiş bombanın partladılması azı 67 nəfərin ölümünə səbəb olub. Bu, İraq paytaxtında son aylar həyata keçirilən ən güclü bomba hücumudur.

Sədr şəhərinin insanların çox olduğu Cəmilə bazarında soyuducu yük maşınındakı bomba hücumu zamanı onlarla insan yaralanıb. Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Bağdadın böyük bazarlarından birində həyata keçirilən hücumdan sonra insanların bədən hissələri, piştaxta parçaları və meyvə-tərəvəz dağıntılarını görmək olub. Hücumun qurbanları təcili yardım və yanğınsöndürən maşınlarla yerli xəstəxanalara daşınıb.

Bu, İslam Dövləti qrupunun kafir hesab etdiyi şiələrə qarşı növbəti hücumü idi. Sünni eksremist qrupu ölkənin şiələrin əksəriyyət təşkil etdiyi hökumətinə qarşı çıxaraq, 2014-cü ildə İraqın böyük ərazilərini ələ keçirib.

XS
SM
MD
LG