Accessibility links

ABŞ: İraq qüvvələri Fəllucanı azad edə bilmək qabiliyyətinə malikdir [Video]


ABŞ: İraq qüvvələri Fəllucanı azad edə bilmək qabiliyyətinə malikdir
please wait

No media source currently available

0:00 0:01:31 0:00

İraq hökuməti Fəllucəni yenidən ələ keçirmək üçün hərbi əməliyyata başlayıb. Fəlluca iki ildən çoxdur ki, İslam Dövləti qrupunun militantlarının nəzarətindədir. Şəhər Bağdaddan 65 kilometr şərqdə yerləşir və cihadçıların ən güclü istinədgahı hesab edilir. ABŞ və Britaniya rəsmiləri əmindirlər ki, Fəllucəni yenidən ələ keçirmək mümkündür.

Hökumət qüvvələri İslam dövləti qrupunun son ustinadgahı olan Ənbar vilayətində yerləşən Fəllucə şəhərininin mərkəzinə hücumlar həyata keçirib. Ənbar vilayətində yerləşən daha bir mühüm şəhər olan Ramadi hökumət qüvvələri tərəfindən ələ keçirilib.

ABŞ müdafiə nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hava hücumları ilə hökumət qüvvələrinə dəstək, İraq təhlükəsizlik qüvvələrinə təlim verir və onları təchizatla təmin edir. Lakin ABŞ quruda hücumlarda və ya əməliyyatlarda iştirak etmir.

Cef Deyvis: “Nəyin vacib olduğunu və prioritetin nədən ibarət olduğunu İraq qüvvələri özün müəyyən etməlidir. Əlbəttə ki, Fəlluca istisna edilə bilməz.”

Pentaqon sözcüsü Fəllucanın yenidən ələ keçiriləcəyi ilə bağlı əminliyini ifadə edib, lakin İslam Dövləti qrupunun Bağdad və digər şəhərlərdə qəfil hücumlar həyata keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Cef Deyvis: “İŞİD küncə sıxışdırılmış düşməndir. Biz görmüşük ki, onlarda məğlub olduqları yerlərdə və döyüşlərdə gözlənilmədən asimmetrik yolla hücum etmə kimi xüsusiyyət var. Biz Bağdadda bunun şahid olduq və buna oxşar hücumlara qarşı hazır olmalıyıq.”

Birləşmiş Ştatlar yerli yarı hərbi dəstələrin ekstrimistlərə qarşı mübarizədə dəstəyini alqışlayır, lakin onların İraq hökumətinin legitimliyi və suverenliyini qəbul etməli olduğunu bildirir.

Brusseldə bazar ertəsi günü görüşən Avropa rəsmiləri İraq qüvvələrinin İŞİD-i məğlub etmək qabiliyyətinə malik olduğunu vurğulayıb.

Filip Hammond: “Biz Iraq ordusunun uğur əldə etdikçə döyüş qabiliyyətinin artdığını və özünə inamın gücləndiyini müşahidə edirik. Onlar İŞİD-i Fərat vadisindən təmizləyir və eyni zamanda qarşıya Mosulu ələ keçirmək kimi hədəf qoyur.”

Avropa liderləri İraq və Suriyanı İslam Dövləti qrupundan azad etməkdə maraqlıdır. Çünki qrupun zorakılıqları nəticəsində miliyonlarla insanın regiondan qaçması humanitar böhranın yaranmasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG