Accessibility links

Fəllucə şəhəri uğrunda qızğın döyüşlər gedir


Şiə yarı hərbi dəstələrinin dəstəyilə 2014-cü ildən bəri İŞİD-in nəzarətində olan Fəllucəni azad etməyə çalışan İraq qüvvələri güclü müqavimətlə qarşılaşıb.

Humanitar təşkilatlar döyüşlərin çox sayda insan itkisinə səbəb olacağından narahatdır, belə ki İŞİD çox vaxt mülkü vətəndaşlardan canlı qalxan kimi istifadə edir və insanların döyüş bölgələrindən çıxmasına icazə vermir.

Siyasi partiyalar arasında fikir ayrılıqlarını həll və İraqın populist din xadimi Müqtəda Əl Sədri neytrallaşdıra bilməyən baş nazir Heydər Əl Abadinin hökuməti Fəllucada əməliyyatın qələbə ilə nəticələnməsində maraqlıdır.

Sədr tərəfdarlarının hökumət əleyhinə nümayişləri keçən həftə dörd nəfərin həlak oluduğu zorakı qarşıdurma zamanı kulminasiya nöqtəsinə çatdı.

Hökumət qüvvələrinin Fəllucənin nəzarətini ələ keçirməsi asan görünmür, belə ki İŞİD ənənəvi olaraq sünni şəhəri kimi tanınan Fəllucədə dərin kök salıb.

XS
SM
MD
LG