Accessibility links

ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələri İraqda İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinən döyüşçünü ələ keçirib. Bu haqda məlumatı ABŞ-ın Müdafiə Nazirliyi verib.

Rəsmilərin bildirdiyinə görə, amerikalılar saxlanılan şəxsi sorğu-sual edir və o qarşıdan gələn günlərdə İraq rəsmilərinə təhvil veriləcək.

Şübhəli şəxs ABŞ-ın İŞİD-in yüksək rütbəli liderlərini hədəf almaq məqsədilə İraq və Suriyaya göndərdiyi xüsusi təyinatlı ixtisaslaşdırılmış hərbi qüvvələr tərəfindən ələ keçirilib.

Xüsusi təyinatlı qüvvələr

İraqdakı xüsusi təyinatlı ixtisaslaşdırılmış hərbi qüvvələr ötən il müvəffəqiyyətlə başa çatan reyddən sonra yaranıb. Bu reyd zamanı ABŞ-ın Delta qüvvəsi Suriyaya keçərək İŞİD-in komandiri Əbu Səyyafı qətlə yetirib. Komandirin həyat yoldaşı Umm Səyyaf da reyd zamanda ələ keçirilib. Onun dindirilməsindən sonra ABŞ çox dəyərli məlumat əldə edib. Daha sonra isə Umm Səyyaf İraq rəsmilərinə təhvil verilib.

Ötən ay ABŞ Ədliyyə Nazirliyi onu amerikalı yardım işçisi Kayla Mullerin qətlində ittham edib. Umm Səyyaf və onun həyat yoldaşı Muller və digər qadınları evlərində girov saxlamaqda günahlandırılır.

Kayla Mueller

Kayla Mueller

ABŞ rəsmiləri əsir saxlandığı müddət ərzində Mullerin İslam Dövləti qrupunun başçısı Əbu Bəkr Əl-Baqdadi tərəfindən seksual təcavüzə məruz qaldığını bildirir.

Muller 2015-ci ilin fevral ayında qətlə yetirilib.

XS
SM
MD
LG