Accessibility links

İraqın paytaxtında bomba partlayışı baş verib [Fotoqalereya]


İraqın paytaxtında əsasən şiələrin məskunlaşdığı qəsəbədə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 10 insan həlak olub, 31-i yaralanıb.

Partlayış bu gün səhər Yeni Bağdad ərazisində baş verib.

Bundan bir gün əvvəl silsilə bomba partlayıları nəticəsində İraqda 11 şiə məscidi dağıdılıb, 20 nəfər həlak olub.

Bu il İraqda təriqətlərarası zorakılıqlar nəticəsində 10 000-ə yaxın insan həyatını itirib. İslam Dövləti qrupu ölkənin qərb və şimal hissələrinə nəzarət edir.

Birləşmiş Ştatlar və digər dövlətlər İraqda stabilliyi bərpa etmək üçün ölkədə bütün azlıqları təmsil edəcək yeni hökumətin təşkilinin vacibliyini vurğulayır.

Bazar ertəsi günü ABŞ vitse-prezidenti Co Bayden bildirib ki, İraqın siyasi arenada irəliləyiş göstərməsi dünyadan və regiondan böyük dəstək almasına gətirib çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG