Accessibility links

İraq qüvvələri mühasirədə olan Əmirliyə daxil olub


İraq qüvvələri bu gün 2 aya yaxındır minlərlə insanın susuz, qidasız və tibbi təchizatsız cihadçıların mühasirəsində qaldığı Əmirli şəhərinə daxil ola bilib.

ABŞ Dövlət Departamenti deyir ki, Birləşmiş Ştatlar dünən Əmirli yaxınlığında İslam Dövləti yaraqlılarına qarşı hava hücumu həyata keçirib və şəhərdə ilişib qalan insanları havadan humanitar yardımla təmin edib.

Pentaqonun mətbuat katibi Admiral Con Körbay bildirib ki, ABŞ Hava Qüvvələri yardım Avstraliya, Fransa və Britaniyadan olan təyyarələrləbaş tutub.

Körbay deyib ki, ABŞ ordusu humanitar yardım əməliyyatını dəstəkləmək üçün yaxınlıqdakı İslam Dövləti terrorçularına qarşı əlaqəli hava hücumu həyata keçirib.

Avstraliya isə İslam Dövləti yaraqlıları ilə döyüşən kürd qüvvələrinin silahla təmin edilməsi səylərinə qoşulduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG