Accessibility links

ABŞ prezidenti Barak Obama general Con Alleni İŞİD-lə mübarizəyə koordinator təyin edib.

Dəniz donanmasının təqaüddə olan generalı Allen 2007-ci ildə sünnilərin Əl-Qaidəyə qarşı mübarizəsi zamanı aparıcı rol oynamış, daha sonra Əfqanıstanda ABŞ-ın yüksək rütbəli komandiri kimi xidmət göstərmişdi.

Pentaqonun sözçüsü, general Con Kirbi bu gün müxbirlərlər söhbəti zamanı deyib ki, İŞİD-ə qarşı müharibə Əl-Qaidə ilə müharibə şəklində davam edəcək.

Daha əvvəl ABŞ dövlət katibi Con Kerri Suriyada vətəndaş müharibəsindən zərər çəkənənlərəə 500 miliyon dollarlıq yardım göstəriləcəyini elan edib.

Kerri açıqlamanı cümə günü Türkiyədə verib. O, Türkiyədə Suriya və İraqda İslam Dövləti qrupuna qarşı döyüşlər aparmaq üçün beynəlxalq dəstək əldə etməyə çalışır.

250 miliyon dollarlıq humanitar yardım qonşu ölkələrə qaçmiş üç miliyon Suriyalı qaçqınlara kömək məqsədi ilə göndəriləcək. Yardımın qalan hissəsi isə Suriya daxilindəki məcburi köckünlərə göstəriləcək.

Birləşmiş Millətlər Təşkilatı Suriya əhalisinin yarısının vətəndaş müharibəsi nəticəsində ölkəni tərk etdiyini bildirir.

Kerri dünyanı qətliamlar və etnik təmizləmə ilə sarsıdan İslam Dövləti qrupuna qarşı mübarizədə qlobal koalisiya qurmaq üçün uzun səfərə çıxıb.

Səudiyyə Ərəbistanında Kerri ilə danışıqlar zamanı Türkiyə ABŞ-ın sünni militant qrupunu məğlub etmək planını imzalamayıb.

Danışıqlarda 10 ərəb ölkəsi iştirak edib. Onlar ABŞ-ın İslam Dövləti qrupunu Suriya və İraq daxil olmaqla, harada olmalarından aslı olmayaraq darmadağın etməsinə kömək edəcəklərinə söz verib.

XS
SM
MD
LG